2009-cu ildə ekranlara çıxan və bütün dünyada fenomenə çevrilən “Avatar”ın maraqla gözlənilən davamı ilə bağlı təfərrüatlar bəlli olub.
OLAY yazır ki, rejissoru Ceyms Kemeronun olacağı ekran işinin premyerası ilin sonunda, dekabrın 16-da olacaq.
Sözügedən layihənin adı “Avatar: The Way of Water” olacaq.
Film 2019-cu ildə 20th Century Fox-u satın alan Disney tərəfindən istehsal olunacaq.