Film / Serial
Film / Serial

10 günə rekord qırdı, 1 milyard qazanıldı

10 günə rekord qırdı, 1 milyard qazanıldı

Qısa müddət əvvəl premyerası olan “Hörümçək adam” (Spider Man: No Way Home) 2021-ci ildə kassaları dolduran ən yaxşı film olub. 

OLAY yazır ki, ekran işi koronavirus pandemiyası başlayandan bəri qlobal arenada 1 milyard dollar gəlir əldə edən ilk layihə elan edilib. 

Dekabrın 17-də nümayiş etdirilən kino 2019-cu ildə tamaşaçılarla görüşən “Star Wars: The Rise of Skywalker”dən sonra böyük uğur qazanma şansı əldə edib. 

Eyni zamanda “Hörümçək adam” ABŞ-da ilk həftəsonu 253 milyon dollar gəlir götürərək üçüncü ən yaxşı açılışı edən film olub.