2009-cu ildə təqdim edilən “Avatar” ən çox səs-küy yaradan və ən çox gəlir əldə edən filmlərindən biri olub.
OLAY yazır ki, Ceyms Kameron qeyd etmişdi ki, “Avatar 2” 2018-ci ilin dekabrın 21-də təqdim ediləcək. Daha sonra vaxt yenidən uzadıldı. Bu dəfə isə rejissor bildirdi ki, ikinci film 2021-ci ilin dekabrında, 3-cü hissə isə 2023-cü ildə tamaşaçılara təqdim olunacaq.
Bu günlərdə tarix yenidən dəyişdirilib. Söylənilib ki, ekran işinin premyerası bu ilin 16 dekabrında olacaq.
Qeyd edək ki, uğur qazanacağı halda 2024 və 2027-ci ildə filmin daha iki bölümü çəkiləcək.