Film / Serial
Film / Serial

Gələn il izləyəcəyimiz komediya filmləri - Siyahı

Gələn il izləyəcəyimiz komediya filmləri - Siyahı

Artıq 2022-ci ildə təqdim olunacaq filmlərin siyahısı açıqlanmağa başlayıb. Kinosevərlərin maraqla gözlədiyi layihələr sırasında xüsuilə də komediya janrında lentə alınan filmlər diqqət çəkir.

Biz də bəzən romantika, bəzən də aksiyon səhnələrinin yer aldığı 2022-ci ilin ən çox gözlənilən komediya filmlərinin siyahısını hazırladıq.

OLAY yazır ki, növbəti ilin ən çox maraq doğuran komediya filmlərindən biri “Jackass Forever”dir.

Ekran işi 2000-ci ildə yayımlanan “Jackass” proqamı əsasında çəkilib. Həmin illərdə çox sevilən, bir qrup dostun özünü təhlükəyə atıb, qəribə, həm də gülməli zarafatlar, performanslar sərgilədiyi verilişin 3 filmi təqdim olunub. Dördüncü film isə 2022-də yayımlanacaq. Sənədli film kimi lentə alınan ekran işində illər keçdiyi üçün hamı qocadır. Bu da təhlükənin və riskin dozasını artırır.

İkinci film isə aksiyon və sevgi səhnələrindın ibarət “Shotgun Wedding”dir. Ceniffer Lopez və Coş Duamel filmdə münasibətləri soyuq olan nişanlı cütlüyü canlandırır. Cütlüyün ailələri toy zamanı girov götürülür və onları xilas etməyə çalışdıqları zaman bir-birilərini niyə sevdiklərini xatırlayırlar.

Növbəti film isə “Legally Blonde 3”dür.  2003-də yayımlanan ikinci filmin ardınca Elle Vuds ilə yenidən izləyici qarşısına çıxacaq. Gələn ilin may ayında tamaşaçı qarşısına çıxması gözlənilən filmin təqdimat tarixi dəqiqləşməyib. Lakin ekran işinin gözləyəni olduqca çoxdur.

Çenninq Tatumun baş rolunu canlandırdığı "Dog" filmi komediya janrında olsa da, komanda da sevimli köpək olduğu üçün ürəkləri isidəcək səhnələrə də yer veriləcək. Orduda çalışan Briqs təsadüfən rastlaşdığı Lulu adlı it ilə bir əsgərin dəfn mərasiminə çatmağa çalışır.

Cennifer Lopez, Oven Vilson və Malumanın rol aldığı romantik komediya filmi olan “Marry Me” də maraqla gözlənilənlər sırasındadır. Ekran işində möhtəşəm fanat kütləsinə sahib olan superstarlar Kat Valdez və Bastian heyranlarının da iştirak etdiyi bir konsert zalında evlənməyi planlaşdırır. Lakin Kat mərasimin başlamasından dəqiqələr əvvəl nişanlısının ona xəyanət etdiyini öyrənir. Ani bir qərar ilə onun yerinə qələbəlikdə heç tanımadığı Çarli ilə evlənir.

“I  Want You Back”də isə otuz yaşlarında yeni tərk edilmiş Peter və Emma keçmiş sevgililərinin yeni münasibtələrini pozmaqla onlarla yenidən bir araya gəlmək üçün işbirliyi edirlər. 

“The Unbearable Weight of Massive Talent”  2022-nin maralq gözlənilən filmlərindədir. Belə ki, Nikolas Keyc filmdə özünün başqa bir versiyasını canlandırır. Cage illərlə rol aldığı aksiyon filmlərindən öyrəndiyi metodlardan istifadə edərək çətin vəziyyətdən çıxmağa çalışır. Hər şey maddi sıxıntıları olan əsas obrazın milyarder fanatının doğum günü məclisinə ödənişli qatılması ilə başlayır.

“The Lost City” filmində Sandra Bullok, Çenninq Tatum, Brad Pitt və Deniel Redkliff rol alır. Tanınmış aktyor heyətinə görə filmə olan gözləntilər daha da artıb. Ekran işində bir yazıçı və modelin aksiyon, macəra dolu səyahətini izləyəcəyik.