Film / Serial
Film / Serial

Barışın da həyatı film olur

Barışın da həyatı film olur

Müslüm Gürses, Bergen kimi mərhum ifaçılardan sonra avtomobil qəzasında dünyasını dəyişən müğənni Barış Akarsunun da həyatı film olur.

OLAY yazır ki, gənc yaşda həyata vida edən Barışın avtobioqrafiyası əsasında ekran işi hazırlanacaq.

Məlumata görə, Akarsunu aktyor İsmail Ege Şaşmaz canlandıracaq.

Qeyd edək ki, B. Akarsu “Akademi Türkiye” proqramı ilə məşhurlaşmışdı. O daha sonra “Yalancı yarim” serialında rol almış, aktyor kimi də sevilmişdi. Rok ifaçısı öz ad günü partisindən çıxdıqdan sonra qəzaya düşmüş, bir neçə gün sonra da vəfat etmişdir.