Film / Serial
Film / Serial

“The Northman”ın premyerası oldu

“The Northman”ın premyerası oldu

Uzun müddətdir gözlənilən “The Northman” filminin premyerası keçirilib. 

OLAY yazır ki, Los-Ancelesdə keçirilən qala gecəsində filmin güclü aktyor heyəti- Alexander Skarsgård, Nicole Kidman, Claes Bang, Anya Taylor-Joy, Ethan Hawke, Willem Dafoe yer alıb.

Qeyd edək ki, son illərin ən görkəmli kinorejissorlarından biri olan Robert Eggers (The Witch, The Lighthouse) bu dəfə cəlbedici Vikinq dastanı ilə gəlir. 

Gənc Şahzadə Amlet əmisi atasını vəhşicəsinə öldürüb anasını qaçırdıqda yetkin kişi olmaq ərəfəsindədir. O, ada krallığından qayıqla qaçarkən qisas alacağına söz verir. İyirmi il sonra Amlet slavyan kəndlərinə basqın edən Vikinq döyüşçüsüdür. Gənc atasının qisasını almaq, anasını xilas etmək və əmisini öldürmək vədini unutmur. İslandiyaya qul gəmisində Amlet qul slavyan qadın Olqanın köməyi ilə əmisinin fermasına soxulur və andını yerinə yetirmək üçün yola düşür. Ekran işi bu axında davam edir.