Serialları və layihələri ilə diqqət çəkən “Netflix”də gerilənmə müşahidə olunur.
OLAY yazır ki, platforma bu ilin ilk üç ayında 200 mindən çox abunəçi itirib.
On ildən sonra ilk dəfə izləyici itirən “Netflix”in bu ilin ikinci yarısında 2 milyon istifadəçi itirəcəyi ehtimal edilir.
Qeyd edək ki, platformanın dünyada 193 milyondan çox, ABŞ-də isə 73 milyondan çox abunəçisi var.