Olay
Olay

İzləyicisi Üzeyirinkindən 20 dəfə çoxdur – “Spotify”da müğənnilərimiz

İzləyicisi Üzeyirinkindən 20 dəfə çoxdur – “Spotify”da müğənnilərimiz

“Spotify”da ən çox izləyicisi olan 10 azərbaycanlı məşhurun adı açıqlanıb.

OLAY yazır ki, məşhur musiqi platformasında yer alan məşhurlarımız barədə “Touch Vibe” İnstaqram səhifəsi məlumat yayımlayıb.

5 yanvar 2021-ci il tarixinə olan informasiyada bildirilir ki, siyahıda 10-cu yerdə müğənni Şöhrət Məmmədovdur, onun 14 mindən çox izləyicisi var.

9-cu pillədə reper Aslıxan qərarlaşıb. İfaçının dinləyici sayı 16 min 105 nəfərdir.

Siyahıda daha bir reper isə Okaberdir. Onun 17 min 747 izləyicisi var. Sənətçi 8-ci yerdədir.

7-ci pillədə olan Hissə abunə olan hesabların sayı 18 min 70-dir.

Xalq artisti Miri Yusifin 18 min 675 izləyicisi var, o, 6-cı pillədədir.

5-ci yerdə qərarlaşan Xalq artisti Röya Ayxanın dinləyicilərinin sayı isə 18 min 768-dir.

Şəhriyar Atababayev, digər adıyla reper Xpert siyahıda 4-cüdür. Onun abunəçisi 20 min 323 nəfərdir.

3-cü pillənin sahibi Pasterdir (Pərviz Quluzadə). Onu 25 min 568 nəfər izləyir.

2-ci yerdə Üzeyir Mehdizadə qərarlaşıb. Onun 26 min 997 abunəçisi var.

1-ci yerdə isə müğənni Nigar Muharremdir. Sənətçinin izləyici sayı ikinci yerdə olan Üzeyir Mehdizadədən 20 dəfə çoxdur. Belə ki, Nigarın abunəçi sayı 547 min 464 nəfərdir.