Bu ilin instaqramda ən çox bəyəni toplayan, populyar olan paylaşımları açıqlanıb. Ən çox layklı postların olduğu siyahıda məşhur futbolçu Messi 3 fərqli foto ilə yer alıb. Amma zirvədəki sima onun əzəli rəqibidir...

OLAY 2021-in ən çox bəyənilən paylaşımlarını təqdim edir.

Birinci yerin sahibi digər futbolçu Kristiano Ronaldudur. Oktyabrın 28-də sevgilisinin hamilə olduğu xəbərini paylaşan futbolçu 32, 3 milyon layk toplayıb.

2021-in ən çox bəyənilən paylaşımları...

İkinci yerdə isə müğənni Ariana Qrandenin 26 mayda paylaşdığı toy fotosu 26, 7 milyon dəfə bəyənilib.

2021-in ən çox bəyənilən paylaşımları...

Kayli Cenner də may ayında Travis Skott ilə ikinci uşağının dünyaya gələcəyi xəbərini yayın. Hamiləliyini açıqladığı video 24,6 milyon istifadəçi layklayıb.

2021-in ən çox bəyənilən paylaşımları...

Billie Elish martın 17-də yeni saçları ilə foto paylaşdı. Bu paylaşım 23 milyon bəyəni alıb.

2021-in ən çox bəyənilən paylaşımları...

Lionel Messi avqustun 11-i Barselonadan "Paris Saint-Germain" komandasına transfer olduğunu təsdiqlədi. Onun PSC forması ilə fotosu 22, 1 milyon dəfə bəyənilib.

2021-in ən çox bəyənilən paylaşımları...

Altıncı sıranın da sahibi olan Billie Elishin ikinci ən populyar fotosu 22, 1 milyon layk yığıb.

2021-in ən çox bəyənilən paylaşımları...

Yenə Messinin Barselonada ayrıldığı xəbərini paylaşdı. Komandanın azarkeşlərini üzən bu post 21, 2 milyon layk toplayıb.

2021-in ən çox bəyənilən paylaşımları...

 8-ci yerin də sahibi Messidir. Onun soyunma otağından paylaşdığı foto 22 milyon bəyənilib.

2021-in ən çox bəyənilən paylaşımları...

“Iron Shore Mermaid” adlı səhifədən paylaşılan videonu 20 milyondan çox istifadəçi bəyənib.

2021-in ən çox bəyənilən paylaşımları...

 Tom Hollandın “Spiderman” kostyumunda sevgilisi Zendaya ilə paylaşdığı doğum günü fotosu 19, 6 milyon nəfər bəyənib.

2021-in ən çox bəyənilən paylaşımları...