Türkiyənin reytinqli seriallarından biri olan “Üç kuruş” finala hazırlaşır.
OLAY yazır ki, bu barədə ekran işində rol alan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə məlumat verib.
O deyib ki, artıq layihənin sonuna 6-7 bölüm qalıb.
“Kədərlənmirik. Çünki əvvəldən serialın bri sezonluq olduğunu bilirdik”,-deyə Nəsrin bildirib.
Qeyd edək ki, sözügedən serialda Nəsrinlə bərabər Uraz Kaygılaroğlu, Ekin Koç kimi məşhurlar rol alır.