Olay
Olay

Nəsrinin yeni serialının afişası yayımlandı

Nəsrinin yeni serialının afişası yayımlandı

Türkiyənin FOX kanalında yayımlanan “Yasak Elma”dan ayrılığı ilə səs-küy yaradan aktrisa Nəsrin Cavadzadənin yer alacağı yeni ekran işinin afişası yayımlanıb.  

OLAY yazır ki, “Show” televiziyasında göstəriləcək “Üç kuruş” layihəsinin posteri serialın rəsmi instaqram hesabında paylaşılıb. 

“Ay Yapım” istehsalı olan serialın bazar ertəsi günü yayıma başlayacağı elan edilib. Layihəyə Nəsrindən başqa Uraz Kaygılaroğlu, Ekin Koç,Diren Polatoğulları və başqa ulduzlar cəlb olunub. 

Cavadzadə Bahar obrazını canlandıracaq. 

Qeyd edək ki, ekran işinin tamaşaçı qarşısına çıxacağı gün Nəsrinin daha əvvəl "FOX"da rol aldığı “Yasak Elma” ilə eyni saat və gündədir. Həmin layihələrin rəqabətdə olacağı, reytinqdə birincilik uğrunda mübarizə aparacağı qeyd olunur. 

Xatırladaq ki,  “Üç Kuruş” serialı “İçerde”, “Çukur” kimi aksion və dram janrındadır. Serial elə “Çukur”un yayımlandığı gün efirə gedəcək.