Əslən Azərbaycandan olan aktrisa Nəsrin Cavadzadənin də rol aldığı “Üç kurus” serialının yayım məlum olub.
OLAY yazır ki, bu barədə serialın rəsmi instaqram səhifəsində məlumat verilib. Qeyd olunub ki, ekran işi noyabrın 1-dən etibarən Show TV-də yayıma başlayacaq.
Qeyd edə ki, “Ay Yapım” istehsalı olan serialda Nəsrindən başqa Uraz Kaygılaroğlu, Ekin Koç,Diren Polatoğulları və başqa ulduzlar cəlb olunub.
Cavadzadə Bahar obrazını canlandıracaq.
Ekran işinin tamaşaçı qarşısına çıxacağı gün Nəsrinin daha əvvəl "FOX"da rol aldığı “Yasak Elma” ilə eyni saat və gündədir. Həmin layihələrin rəqabətdə olacağı, reytinqdə birincilik uğrunda mübarizə aparacağı qeyd olunur.
“Üç Kuruş” serialı “İçerde”, “Çukur” kimi aksion və dram janrındadır. Serial elə “Çukur”un yayımlandığı gün efirə gedəcək.