Ötən aylarda ekrana vida edən “Çukur” serialının ulduzu Aras Bulut İynemlinin yeni layihəsi açıqlanıb.
OLAY yazır ki, aktyorun daha əvvəl başqa bir filmə çəkildiyi üçün təklifi rədd etdiyi “Üç Kuruş” serialının heyətinə daxil olduğu söylənilib.
Bildirilib ki, sözügedən ekran işi istənilən reytinqə çata bilmədiyi üçün “Ay Yapım” belə bir addım atıb. Arasın isə serialda 3-4 bölüm yer alacağı, onun Leyla obrazının keçmiş sevgilisi Can rolunu ifa edəcəyi deyilir.
Qeyd edək ki, “Üç Kuruş”da Nəsrin Cavadzadə, Uraz Kaygılaroğlu, Ekin Koç kimi simalar rol alır.