“Oskar” Mükafatlandırma mərasimində aparıcı Kris Roka şillə vurması ilə gündəmə gələn Uill Smitdən xəbər var.
OLAY yazır ki, məşhur aktyor Hollivud Kino Sənəti və Elmləri Akademiyasından istefa verib.
Aktyor açıqlamasında “Akademiyanın mənə olan etimadına xəyanət etdim. Mükafat sahiblərini uğurlarını qeyd etmək imkanından məhrum etdim”, - deyə bildirib.
Smit bu səbəbdən akademiyadan ayrıldığını və idarə heyətinin uyğun gördüyü digər cəzaları da qəbul edəcəyini söyləyib.