Video
Video

Uill Smit şilləyə görə üzr istədi

Uill Smit şilləyə görə üzr istədi

Məşhur aktyor Uill Smit Oskar Mükafatlarında mərasimində aparıcı Kris Roka şillə vurduğu üçün peşmandır.

OLAY yazır ki, hadisədən sonra susqunluğunu pozan Smit sosial media hesabında üzrxahlıq mesajı paylaşıb. Etdiyi əməldən peşman olduğunu bildirən ulduz aktyor “hər cür şiddət zəhərlidir və dağıdıcıdır”, - deyə bildirib. 

“Dünən gecə Akademiya Mükafatları mərasimində davranışım qəbuledilməz və bağışlanmaz idi. Ancaq Jadanın (xanımı- red) sağlamlıq vəziyyəti ilə bağlı zarafat mənim üçün çox idi və emosional reaksiya verdim”, yazaraq aktyor vurğulayıb. 

O,  Kris Roka da səslənərək üzr istəyib: “Hamının gözü qarşısında səndən üzr istəmək istəyirəm, Kris.Həddimi aşdım və yanıldım. Utandım və davranışım olmaq istədiyim kişiyə yaraşmırdı. Sevgi və mehribanlıq dünyasında zorakılığa yer yoxdur”.