Ötən gecə baş tutan “Oskar” mükafatlandırma mərasimi qalmaqalsız ötüşməyib.
Belə ki, “King Richard” filmindəki roluna görə “Ən yaxşı aktyor” mükafatını qazanan Uill Smit aparıcı Kris Roka şillə vurub.
OLAY yazır ki, buna səbəb aparıcının Smitin xanımının xəstəlik səbəbi ilə saçlarını kəsdirməsini ələ salması olub. Uill “xanımın adını ağzına alma” deyərək səhnədən düşüb.
Hadisə zamanı proqramın səsi alınıb, Denzel Vaşinqton və Bredli Kuper Smitin yanına gedərək onu sakitləşdirməyə çalışıblar.
Səhnədəki hərəkətin zarafat olduğunu düşünənlər də olub. Lakin, efirdən səsin kəsilməsi, komediya aktyorunun əsəbi halı mübahisənin real olduğuna işarə edilib.