Təqdim olunan gündən səs-küyə səbəb olan “Bergen” dörd həftədir ki, liderdir.
OLAY yazır ki, Farah Zeynep Abdullahın rol aldığı ekran işi həftəsonu 376 min 916 tamaşaçı tərəfindən izlənilib.
Bununla da, kino “Box Office Türkiyə”də liderliyini davam etdirib.
Film indiyə qədər ümumilikdə 4 milyon 868 min 250 tamaşaçı tərəfindən baxılıb.