Kinosevərlər Farah Zeynep Abdullahın baş rolda oynadığı “Bergen” filminə böyük maraq göstərib.
OLAY yazır ki, premyerasının ilk həftəsonunda 718 min 43 nəfər tərəfindən izlənilən film, ikinci həftəsində 981 min 187 tamaşaçı baxıb.
Bununla da, ekran işi bütün zamanların ən çox baxılan filmləri siyahısında 39-cu yeri tutub.
“Bergen” ümumilikdə 2 milyon 644 min 300 tamaşaçıya çatıb.
Abdullanın əvvəlki filmi “Bizim üçün çempion” 22 həftə kinoteatrlarda qalıb və 2 milyon 578 min 74 tamaşaçı tərəfindən izlənilib.