Olay
Olay

Bakıda “Bergen”in təqdimatına türk məşhurlar qatılacaq

Bakıda “Bergen”in təqdimatına türk məşhurlar qatılacaq

Türkiyənin məşhur aktrisası Farah Zeynep Abdullah Azərbaycana gəlir. 

OLAY yazır ki, sənətçi rol aldığı “Bergen” filminin premyerası üçün Bakıya təşrif buyuracaq. Farah Zeynap Abdullahla birgə qalaya Erdal Beşikçioğlu, Nergis Öztürk, Ahmet Kayakesen və digər aktyorlar da gələcək.

Qala martın 16-da “Park Cinema Flame Towers” kinoteatrında baş tutacaq.

Qeyd edək ki, “Bergen” 80-ci illərin türk arabesk musiqisinin kult personajlarından biridir. Filmi ilk üç gündə 700 mindən çox insan izləyib.

Onu da bildirək ki, Bergen (əsl adı - Belgin) 1959-cu ildə Mersində anadan olub və 7 uşaqlı ailənin ən kiçik uşağı olub. Valideynlərinin boşanması onun həyatını kökündən dəyişir. Ankarada yaşayan onun anasından başqa kimsəsi yoxdur və atasının olmaması onda dərin bir boşluq yaradır. Konservatoriyaya daxil olur, Ankaraya gedir və yerli “Feyman” klubunda ulduz olur. Ancaq zamanın şərtlərinə uyğun olaraq bağlanan müqavilələr səbəbindən Bergen bir müddət işləmək üçün anası ilə birlikdə Adanaya yola düşür. Orada Halis Özgürlə tanış olur, onunla evlənir, bundan sonra həyatı əsl cəhənnəmə çevrilir. Davamlı şiddət və zorakılığın nəticəsində o bir gözünü itirir.

Buna baxmayaraq, Bergen səhnəyə qayıdır və Türkiyənin ən məşhur müğənnilərindən birinə çevrilir. Bergenin faciəli hekayəsi əvvəllər kitablarda, romanlarda, sənədli filmlərdə öz əksini tapsada, onun hekayəsi ilk dəfə bədii filmdə bəhs olunur.