Türkiyəli mərhum ifaçı Bergenin həyatından bəhs edən filmin treyleri yayımlanıb.
OLAY yazır ki, ekran işinin anonsu sosial mediada xeyli müzakirə edilib.
Baş rolunda aktrisa Farah Zeynep Abdullahın çəkildiyi layihə 4 martda tamaşaçılara təqdim olunacaq.
“Bergenin filmini onun nə qədər acı çəkdiyini göstərmək üçün yox, nə qədər güclü olduğunu anlatmaq üçün ərsəyə gətiririk. Qadın cinayətləri çoxalıb. Bu ölkədə hər kəs azad və bərabər yaşayanadək mübarizəmiz davam edəcək”, - deyə, Farah bildirib.
Qeyd edək ki, “Bergen” filmdə Tilbe Saran, Erdal Beşikçioğlu, Şebnem Sönmez, Nergis Öztürk kimi sənətçilər də yer alıb.
Onu da bildirək ki, serialda əvvəlcə Serenay Sarıkaya Bergeni canlandıracaqdı, lakin pandemiya səbəbilə vaxt uzandığına və aktrisanın başqa layihələri ilə üst-üstə düşdüyünə görə rol Faraha verilib.