Aktyor İbrahim Çelikkol və Alina Bozun baş rollarını canlandıracağı “Doc” serialının mövzusu bəlli olub.
OLAY yazır ki, xəstəxanada işləyən Prof. Dr. İnan Kural (Çelikkol) silahlı hücuma məruz qaldıqdan sonra keçirdiyi əməliyyat nəticəsində son 12 ilini xatırlamır. O keçmişini və bu gününü xatırlamadan yad bir həyata düşür.
Serialda 2013-cü ildə keçirdiyi qəzadan sonra yaddaşını itirən italiyan həkim Pierdante Piccioninin gerçək həyat hekayəsindən bəhs olunur. O keçmişi xatırlamaq üçün minlərlə köhnə e-poçt yazışmalarını oxuyur və özünü yenidən kəşf edərək daha empatiyalı bir insana çevrilir.
Bu layihə “Doc-Nelle tue mani” serialının Türkiyə versiyası olaraq tezliklə yayımlanacaq.