“Rüya Gibi” serialının cümə axşamından çərşənbə axşamına keçirilməsindən sonra fenomen serial “Bahar”ın da yayım günü yenilənib.

OLAY yazır ki, Demet Evqarın baş rolda olduğu “Bahar” serialı 7 dekabr tarixindən etibarən bazar günləri tamaşaçıların qarşısına çıxacaq.

Yeni yayım cədvəli ilə serialın reytinq strategiyasının gücləndirilməsi hədəflənir.