Aktrisa Alina Bozla bağlı türk mediasında yeni xəbərlər yayılıb.

OLAY yazır ki, aktrisa rol alacağı serialın heyətindən xəbəri olmadan uzaqlaşdırılıb.

Çəkiliş şirkəti aktrisa ilə qarşılıqlı qərar verərək yollarını ayırdıqlarını və onun yerinə Sıla Türkoğlunun gələcəyini açıqlamışdı. Lakin yayılan xəbərlərə görə Alina Bozun məlumatı olmadan bu addım atılıb və o mövzunu təyyarədə olarkən sosial şəbəkələrdən öyrənib.

Aktrisanın məsələni hüquqi müstəviyə çıxaracağı bildirilib.

Serialdan çıxarıldı