Aparıcı Vüsalə Əlizadənin “İncə səhər” verilişi bu gün yarımçıq dayandıırlıb.
OLAY yazır ki, efirin qonaqları Mədəniyyət Nazirliyi ilə bağlı şikayətlərini dilə gətirən müğənni Almaxanım Əhmədli, xanəndə Pərviz Qasımov və müğənni Namiq Qasımov olub. Almaxanımın proqramda ifa etdikdən sonra yayım dayandırılıb.
Belə ki, 10:42-də reklamlar yayımlanıb, ardınca isə “Mən kiməm” serialı efirə gedib.
Verilişin dayandırılması barədə kanal tərəfindən hələ ki hər hansı rəsmi açıqlama verilməyib.