Noyabrın 21-i Yasamaldakı yanğında həlak olan 7 yaşlı Arzu Qəmbərlinin atası, tanınmış vəkil Əli Qəmbərov sosial şəbəkə hesabında təsirli paylaşım edib.
OLAY yazır ki, “TikTok” hesabında qızı ilə birlikdə çəkdirdiyi fotonu paylaşan vəkil övladını qoruya bilmədiyini bildirib.
“Balam, sən göylərə qovuşdun. Mən isə bu dünyada sənin həsrətinlə nəfəs almağa davam edəcəyəm. Bağışla, qoruya bilmədim səni...”, - Ə. Qəmbərov yazıb.
Qeyd edək ki, paytaxtdakı çoxmərtəbəli yaşayış binasında baş verən yanğında 3 nəfər həlak olub, 27 nəfər isə xəsarət alıb.