“Arka Sokaklar” yeni yayın dövründə 20-ci mövsümü ilə tamaşaçı qarşısına çıxmağa hazırlaşır.
OLAY yazır ki, bu mövsümdə köhnə heyətdən sürpriz bir qayıdış olacaq.
Rıza Babanın (Zafer Ergin) kürəkəni Ali Akdoğan obrazını canlandıran Alp Korkmaz illər sonra seriala geri dönür.
Şevket Çoruh və Oya Okar kimi məşhur simaların ardından bu dönüş də tamaşaçılar arasında böyük maraq doğuracaq.
2006-cı ildən etibarən ekranlarda olan “Arka Sokaklar”ın 20-ci mövsüm çəkilişlərinin avqust ayının ikinci həftəsində başlanması planlaşdırılır.