Berk Cankat “Aşk ve Gözyaşı” serialının heyətindən ayrılıb.
OLAY yazır ki, baş rollarını Barış Arduç və Hande Erçelin paylaşdığı serial 1 həftə fasilədən sonra bu gün 6-cı seriyası ilə ekrana gələcək. Ssenaristi dəyişən serialın hekayəsində də dəyişiklik olub və Meyranın keçmiş sevgilisi “Ercan” obrazını canlandıran aktyor buna görə heyətlə vidalaşıb.