Türkiyənin istehsal şirkəti “Tims&B Productions” beynəlxalq arenada böyük uğur qazanıb.

OLAY yazır ki, şirkətin çəkmiş olduğu “Eşref Rüya” serialı “MİPCOM” sərgisində böyük maraq doğuraraq 40 ölkəyə lisenziya ilə satılıb, 12 ölkə ilə isə danışıqlar davam edir.

Bu uğur türk seriallarının dünya miqyasındakı mövqeyini möhkəmləndirib.

Serial həm mövzusu, həm də aktyor heyəti ilə qısa zamanda xarici tamaşaçıların da diqqətini cəlb edib.

“Eşref Rüya” 40 ölkəyə satıldı