Film / Serial
Film / Serial

“Vartolu” Moskvada zədə aldı

“Vartolu” Moskvada zədə aldı

“Çukur” serialı ilə məşhurlaşan aktyor Erkan Kolçak Moskvada futbol matçında zədələnib.

OLAY yazır ki, bu barədə mk.ru məlumat yayıb.

İyunun 12-də paytaxtdakı “Oktyabr” stadionunda beynəlxalq Art-Futbol turniri keçirilib. Müxtəlif yaradıcı peşə sahiblərindən ibarət komandaların iştirak etdiyi oyunda Türkiyə komandası Gürcüstanla qarşılaşıb. Məhz bu görüş zamanı Erkan Kolçak ayağına uğursuz dəyən top səbəbindən yıxılaraq zədə alıb.

Hadisədən dərhal sonra tibbi personal ilk yardım göstərib və aktyor yenidən oyuna qayıdıb. Onun sağlamlıq durumu ilə bağlı daha ətraflı məlumat verilməyib.