Yeni başlayan “Ben Onun Annesiyim” serialı ilk bölümü ilə ekrana gəlib.

OLAY yazır ki, layihənin süjetindən çox baş rol ifaçısı Caner Cindorukun üzündəki dəyişikliklər müzakirə olunub.

Tamaşaçılar məşhur aktyorun xüsusilə yanaq və alın bölgəsində botoks etdiriyini bildiriblər.

Onun üzünün əvvəlkindən daha şiş və ifadəsiz göründüyü, mimikalarının azaldığı qeyd edilib.

Sosial şəbəkə istifadəçilərindən bəziləri “Tanımadım”, “Üzü şişirdilmiş kimidir”, “Təbii xarizmasını estetiklə itirib” kimi tənqidlər yazıblar.

Caner Cindorukun saçlarını qaraya boyaması və diş estetikasını yeniləməsi də diqqətdən yayınmayıb. Bəziləri bu dəyişikliyi bəyənsə də, digərləri “Üzünü gərəksiz yerə dəyişib” fikrini müdafiə edib.