Film / Serial
Film / Serial

Məşhur aktyordan Ukraynaya dəstək

Məşhur aktyordan Ukraynaya dəstək

Aktyor Robert De Niro Kembric Universitetində çıxışı zamanı Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlardan danışıb.

OLAY yazır ki, o, karyerası haqda danışsa da, Ukraynadakı vəziyyətlə bağlı sualı cavabsız qoymayıb.

“Dünyada elə şeylər baş verir ki, səsin varsa və baş verənləri görürsənsə, bu barədə nəsə etməlisən. Mütləq, etməlisən. İndi Ukraynada baş verənləri görürsən, ayağa qalxıb sən bunu edə bilməzsən, səhvdir, deməlisən. Bu, bu qədər sadədir”, - deyə sənətçi vurğulayıb.