Dünyaca məşhur ispan brendi “Balenciaga” Ukraynaya dəstək nümayiş etdirilib.
OLAY yazır ki, marka 13 milyona yaxın instaqram hesabında bütün postları silib, yalnız Ukrayna bayrağının əks olduğu şəkil yerləşdirilib.
“Biz sülh tərəfdarıyıq və ukraynalı qaçqınlara ilk humanitar yardım üçün Ümumdünya Ərzaq Proqramına ianə göndərdik. Yaxın günlərdə Ukraynadakı vəziyyətlə bağlı hesabat və məlumatların ötürülməsi üçün platformalarımızı açacağıq”,- deyə paylaşımda qeyd olunub.