“Vyazov küçəsində kabus” filminin üçüncü hissəsində Elizabet Simms obrazını canlandıran amerikalı aktrisa Pristsilla Pointer 100 yaşında vəfat edib.
OLAY yazır ki, bu barədə onun qızı Emi İrvinq sosial şəbəkə hesabında məlumat yayıb.
Emi bildirib ki, anası yuxuda olarkən dünyasını dəyişib.
Pointer son illərdə qocalar evində yaşayıb.
Qeyd edək ki, Pristsilla Pointer həmçinin “Kerri”, “Mavi məxmər”, “Soğan tarlası”, “Dallas”, “Alatoranlıq zonası” və digər filmlərdə rol alıb. 100 il yaşayan aktrisa iki dəfə ailə həyatı qurub. Pristsilla Pointerin prodüser Jül İrvinqlə ilk evliliyindən üç övladı var.