Türk aktrisa Özge Yağız serialda partnyoru ilə münasibət yaşamağa başlayıb.
OLAY yazır ki, o 2023-cü ildə “Safir” serialındakı tərəf müqabili Burak Berkay Akgül ilə münasibətə başlamışdı. İki ildir bir yerdə olan və evlilik xəbəri gözlənən cütlük ayrılıb. Türk mediasında yayılan xəbərlərə görə bu ani ayrılığın səbəbi Yağızın yeni tərəf müqabili Halit Özgür Sarıdır. “Gözleri Karadeniz” adlı serialda baş rolları paylaşan həmkarların münasibət yaşamağa başladığı iddia olunub”.