Olay
Olay

Azərbaycanlı şoumenin villasında oğurluq

Azərbaycanlı şoumenin villasında oğurluq

Bu günlərdə Azərbaycan əsilli şoumen Timur Rodrigezin (Kərimov) malikanəsindən bir neçə milyon rubl dəyərində pul və qızıl-zinət əşyaları oğurlanıb.

OLAY yazır ki, hadisə onun malikanəsinin yerləşdiyi Qluxovoda baş verib. Bildirilib ki, oğurlananlar arasında sənətçinin arvadına hədiyyə etdiyi üzük və digər ailədən qalma dəyərli əşyalar olub.  

T.Rodrigezin vəkili Sergey Jorin də deyir ki, oğrular ev barədə məlumatlı olublar:

“Oğrular dərhal qiymətli əşyaların saxlandığı  otağa gediblər. Planlı şəkildə addım atıblar. Amma onlar məşhur bir şəxsi soymaqla səhvə yol verdilər. Bu hadisə ictimai rezonansa səbəb oldu. Ona görə də istərdik ki, bu kənddə baş verən oğurluqlarla bağlı istintaq indi hərəkətə keçsin, ümid edirik ki, Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə baş idarəsi bu işlə maraqlanacaq”.