Film / Serial
Film / Serial

Coniyə ləyaqət mükafatı verildi

Coniyə ləyaqət mükafatı verildi

Amber Heard ilə qalmaqallı boşanma və zorakılıq xəbərlərindən sonra bir çox layihəsi rədd edilən Coni Dep Serbiyada medal alıb.

OLAY yazır ki, 58 yaşındakı amerikalı aktyor qızıl ləyaqət mükafatına layiq görülüb.

Belqraddakı tədbirdə medalı Depə Serbiya prezidenti Aleksandr Vucic ictimai və mədəni fəaliyyətində xüsusilə də film sahəsində və sözügedən ölkənin dünyada tanıdırılmasındakı uğurlarına görə, verib.

Aktyor bunun üçün prezidentə təşçəkkür eidb.

“Yeni bir həyatın başlağıcındayam və bunu sevirəm. Burada yeni başlanğıclar etmək istəyirəm”,-deyə Coni bildirib.