Üçüncü sezona hazırlaşan “Prens”də dəyişiklik edilib.
OLAY yazır ki, azərbaycanlı iş adamı Müşviq Quluzadənin prodüserliyi ilə ərsəyə gələn layihənin rejissoru dəyişib.
Bu barədə jurnalist Birsen Altuntaş məlumat yayıb. O bildirib ki, Giray Altınokla Kerem Özdağanın yazdığı ekran işində birinci sezonun rejissoru Bülent İşbilen qayıdıb.
Layihənin çəkilişləri dekabr ayında başlayıb.