Olay
Olay

Elnarənin atasının 100 mini hara yoxa çıxıb? - Müəmmalı q*ətl

Elnarənin atasının 100 mini hara yoxa çıxıb? - Müəmmalı q*ətl

Bakınının Sabunçu rayonunda modelyer Elnarə Bəkirovanın atasını öldürməkdə təqsirli bilinən Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəməsinin növbəti prosesi keçirilib.

OLAY lent.az-a istinadən yazır ki, ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə Mustafa Zeynalovun qardaşı Əlisafa Zeynalov şahid qismində dindirilib.

Şahid eyni zamanda Namiq Əliyevin keçmiş qayınatası olub. Əlisafa Zeynalov bildirib ki, hadisədən məlumatı olmayıb. O, hadisəni istintaq zamanı öyrənib:

“Hadisə haqqında məlumatım olmayıb. Hadisədən sonra məni zəng edib şöbəyə çağırdılar. Xəbər tutdum ki, hadisə zamanı müəyyən məbləğdə pul da yoxa çıxıb. Kürəkənimlə qızımın yaşadığı qaynanama məxsus evdə özüm axtarış keçirdim. Oradan 53 min manata yaxın pul aşkarladım və müvafiq qurumlara təhvil verdim. Onlar pulu gec aktlaşdırdılar. Lakin, mən polisə kömək etmişdim”.

Müdafiə vəkilləri cinayət vaxtına yaxın tarixdə - 14 apreldə pulun tapıldığı evin ipotekasının ödənilməməsinə görə hərraca çıxarılması faktına əsaslanaraq, şahiddən o məbləği ödəmək üçün vəsaiti necə əldə etdiyini soruşub. Bu zaman şahid bildirib ki, 30 min manatı rəsmi olaraq dostundan, qalan pulu isə banklardan borc alıb.

Daha sonra müdafiə tərəfi həmin borcun alınma tarixini soruşduqda məlum olub ki, borc hərracdan sonra - 17-19 aprel tarixində alınıb. Şahid bu ziddiyətə cavab olaraq deyib ki, hərraca pulu biznesindən borc olaraq götürüb və daha sonra geri ödəyib:

“İstintaqda bildirdiyim borcu həqiqətən də hərraca görə almışdım və o evi qaytarıb kiçik qızımın adına keçirdim. Amma hərracı özümdə olan pulla ödəmişdim. Kişiyəm mən, evimdə pul olur. Özüm də bizneslə məşğulam. Ordan götürüb ödədim. Daha sonra yerinə qoymaq məqsədi ilə digər borcları aldım. Sənədlərim də var ki, daha öncə özümə məxsus daşınmaz əmlaklar da satmışam. Yəni evimdə pul olması normaldır”.

Həmin sənədlərdə də əmlakların 2014-2015-ci illərdə satıldığı müəyyən edilib. Şahid pulun necə dəqiqləşdirildiyi bağlı verilən digər suallar “yadımda deyil” deyərək cavablandırıb. İfadədə yaranan ziddiyyətə görə zərərçəkmişin müdafiəçisi vəsatət qaldıraraq çıxış edib:

“Şahidin ifadəsindəki ziddiyyətlərlə əlaqədar məhkəmədən xahiş edirik ki, hadisəni araşdıran müvafiq qurum bu məsələyə yenidən baxsın. Əlisafa Zeynalov hərraca verdiyi 68 min manatı necə dəqiqləşdiridiyini tam ifadə edə bilmədi. Qətlə yetirilən Kamran Bəkirovun yoxa çıxan 300 min manatından 100 mini hələ də tapılmayıb. Biz düşünürük ki, bu pulu təqsirləndirilən şəxslərin qohumu evini xilas etmək üçün istifadə edib. Elə qətlin əsl səbəbi də həmin pul olub”.

İclas 17 oktyabr tarixinə təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən Mustafa Zeynalov millət vəkili Elnur Allahverdiyevin doğma dayısıdır.

İttihama görə, Nardaran qəsəbəsi, Ləhic bağları yaşayış massivində 1954-cü il təvəllüdlü Kamran Bəkirov qətlə yetirilib.

İstintaq sənədlərinə görə, bu ilin aprelin 6-da paytaxtın Sabunçu rayonunda fərdi əmək fəaliyyəti ilə məşğul olan 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub.

Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub.

Davam etdirilən təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.

İstintaqla Mustafa Zeynalov və qohumu Namiq Əliyevin cinayət əlaqəsinə girərək üzərində olan külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə Kamran Bəkirovu xüsusi amansızlıqla qəsdən öldürmələri, daha sonra cinayətin izlərini gizlətmək məqsədilə meyiti su quyusuna atmaları və həmin pulu ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrilə ittiham elan edilib.

Qeyd edək ki, qətlə yetirilən 69 yaşlı Kamran Bəkirov biznesmen olub. O, rəssam-modelyer Elnarə Bəkirovanın atasıdır.

 

 

 

 

 

 

 

 

 

 

 

-Əvvəla xoş gördük sizi, Giray bəy. Bu gün bizim üçün yaxşı sürpriz oldu. Çünki müsahibə fürsətini tapmaq mümkün deyildi. Türkiyə mediasında olmadığımız üçün çətin idi bir az.

 

-Mənim üçün yaxşıdır. (Azərbaycan dilində - red.)

-Hə. Belə bir şey deyəcəyəm. Mən çox Türkiyənin komediya serialını izləmişəm. Amma son illər sektorda bir problem oldu. Bilmirəm, bu, izləyicidən qaynaqlandı, yoxsa reytinqlərdən yarandı. Lakin komediya serialları çox azaldı. Belə bir boşluq var idi. Filmlər olurdu, amma bəsit idi. Sizin serialların kütləviləşməsindən sonra İQ tələb edən zarafatlar yarandı. Son illərin ən ikonik obrazı oynadınız. Əslində “Prens” sosial mediada yaratdığınız personaj idi. Bu qədər böyük kütləyə xitab edəcəyinizi düşünürdünüz?

-Sualın əvvəli ilə əlaqəli sizinlə eyni fikirdəyəm. Türkiyədə komediya serialları yavaş-yavaş azaldı. Sonda “Jet sosyete”nin finalı ilə insanlar televiziyada bu işi görməyi bitirdi. Bunun da təməl səbəblərindən biri yeni layihələrdə xaricə satışın önəm kəsb etməsidir. Yəni, televiziya sahəsi xaricə sata biliriksə, insanların gülməyimə ehtiyac yoxdur, qənaətinə gəldi. Nəyi sata bilirlərsə, onu etməyə başladılar. Bu səbəbdən də tamaşaçının ailəliklə baxıb izləyəcəyi komediya seriallarının dövrü bağlandı. Burada bizim yolumuzu açan məqam digital platformaların Türkiyədə fəaliyyətə başlaması oldu. Onların sayı çoxaldıqca, daha çox ssenari və fikir ehtiyacı yarandı. Ona görə də komediya layihələri yaradan insanlar fikirlərini bu tərəfə yönləndirməyə başladılar. Çünki televiziya vacibdir, amma o olmayanda özümüzə yeni sahə tapmalıydıq. Komediyanın yenidən vacibləşməsi “Gibi” serialından sonra oldu. Çünki çox uğurlu iş idi. Hələ də elədir. Komediya layihələrinin populyarlığl artdı. Biz də o dövrdə Kerem Alkanla “Var bunlar” serialını çəkdik. Orada yaranan şəraitlə də “Prens” ərsəyə gəldi. Prens mənim instaqram səhifəmdə yaratdığım bir obraz idi. Müşviq Quluzadə ilə tanış olduq, yaratdıqları texnologiyanı tanıtmaq üçün bir seriala ehtiyaclarl var idi. Romantik-komediya kimi ssenari axtarmırdılar. O texnologiyanın ön planda olduğu komediya layihəsinə ehtiyacları var idi. Biz də ortaq şəkildə bu işi ərsəyə gətirməyə başladıq. Beləliklə “Prens” yarandı. Sosial şəbəkələrdə, xalq arasında repliklərin populyarlaşması bu işin uğurlu olmasına gətirib çıxardı. Mən “pıçıltı qəzeti”nə inanıram. İstədiyiniz qədər hər yerə reklam verin, afişalar yapışdırın. Əgər işin içi boşdursa, onların vaxtı keçdikdən sonra, heç kim xatırlamayacaq. Amma insanların bir-birinə danışmağı, mütləq izlə, deməyi, bu populyarlığı yaratdı.

 

-Əslində “Prens” də, siz də çox gec populyarlığa qovuşdunuz. Çoxdandır bu sahədəsiniz, çox iş görmüsünüz. Sizcə, bunun səbəbi nədir? Yaxşı işə, ya da peşəkara çox gecmi dəyər verilir?

-İnsanın özünə verdiyi qiymət olmalıdır. Həmişə buna inandım. Mən bütün işlərimə dəyər vermişəm. Amma populyarlaşması həm də şans işidir. Siz bir işi özünüzə görə düz edəndə, bir gün o doğrular başqalarının doğruları ilə birləşəndə, yayılma və “partlama” başladı. Bəlkə bu günə qədər görülən işlərin bizə görə ən yaxşısı “Prens” ola bilər, ya da olmaya bilər. Amma tamaşaçı üçün tanış olma işi “Prens” oldu. Bizim üçün də bu mənada özəl yeri oldu. Çünki hekayəsi, texnologiyası fərqlidir, absurd komediyadır. Serialın bəzi hissələrində absurd komediyanın olması, yaxşı təməli olan ssenarisi… Məsələn, insanlar seriala gülməyə bilərlər, amma hekayəni təqib edirlər, ssenari maraqlıdır. Komediya çox subyektivdir. Bir mexanizm yoxdur ki, serialın 100 faiz gülməli olduğunu desin. Hər kəsə görə dəyişir. Kimisi üçün dünyanın ən yaxşı serialı “Prens” ola bilər, kimisi üçün isə ən pis işi.  Çünki biri çox gülə bilər, biri yox. Bu, insana görə, dəyişir. “Prens”in bir atımlıq barıtı olmayıb. Gülmürsənsə, hekayəni izlə, ya da əksinə gülürsən, hekayə maraqlı olmur. Biz serialda çox alternativ təqdim etmişik. Hərə bir tərəfindən tutanda kütləviləşdi.

 

-Əslində tək komediya serialı deyil. Çünki bir dram da var. Yəni bir körpə nə etmiş ola bilər ki, ona ad belə qoymayıblar?

-(gülür) Bəlkə də niyəsini 3-cü sezonda görəcəyik. Ən başdan insanlara deyə bilməzdik ki, çox fərqli şeylər olacaq. Belə şeyləri olanda görə bilərsən. Yoxsa, birinci sezonda qardaşımız əmimizlə birləşib atamızı öldürdü. (Gülür) Çox dramatikdir. Lakin hələ birinci bölüm idi, tamaşaçı Kral Tunla çox bağ qura bilməmişdi. Ona görə insanlar təsirlənmədilər. O vaxt ki, 2-ci sezonun 5-ci bölümündə Haşaryanın sevgilisi Filippi hər kəsin gözü qarşısında kəsdik. Hamının qanı dondu. Dedilər ki, orta əsrlərin şərti budur, kimsə kimisə intiqama görə öldürə bilər və bu, sizin sevdiyiniz ola bilər. Ondan sonra yazılan söyüşləri ümumi həyatımda mənə deyilməyib. Hər yerdə yazdılar, küçədə “yazıqlar olsun” deyə bağırdılar. Yəni insanlar onu övladları kimi seviblər. Gözəl haldır. Lakin serialın bəhs etdiyi dövrün qanunudur. Nə etmək olar? Atamız öldürüləndə heç nə yox idi, kürəkən öləndə problem var?(Gülür)

 

-Giray Altınokda bir “Prens”lik varmı? Bəzi xüsusiyyətləri, reaksiyaları oxşayırmı, ya da sözləriniz?

-Məndən çox uzaq obrazdır. Ona inanıram ki, insan cibindəki xüsusiyyətlərlə nəsə oynayanda onun yaxşıya doğru getməsi mümkün deyil. İstər-istəməz əzbərlənmiş bəzi şeyləri edirsən ki, belə baxsam yaxşı olar. Mən normal həyatımda belə otururamsa, obrazda da yaxşı olar, deyə düşünürsən. Amma oynadığın obraz səndən uzaqlaşdıqca yeni nəsə tapmaq istəyirsən. Obrazın özündən nə qədər uzaq olsa, o qədər yeni bir personaj yaranır. Prens də elədir. Onun dediklərini həyatda istifadə edə bilmərəm, ya da cəsarət edib etdiklərini etmərəm. Çünki bütün pis xüsysiyyətlər onda var: Eqoist, qorxaq, şəxsiyyətsiz, şərxata. Günü xilas etmək üçün hər şey edər, dostlarını satar. Günün sonunda isə deyir ki, biz bomqomiyalıyıq, ailəmizə səhv etmərik. (Gülür) Hər şeyi belə toparlayır. Ona görə mənə çox uzaq obrazdır. Mən öhdəlikləri olan insanam.

-Azərbaycanda çox izlənirsiniz. Sosial mediada viral olub, memlər paylaşılır, hətta şirkətlər də istifadə edir.

 

-Kim ya? Xəbərimiz olsun (gülür).

-Bununla bağlı azərbaycanlı fanatlarınıza nə demək istəyirsiniz?

-Serialın birinci sezonundan bəri oradakı pərəstişkarlarımızın varlığını hiss edirəm. Xüsusilə də instaqram və “X”də görürəm. Çox da xoşbəxt oluram. Bizim serialımızın prodüseri də azərbaycanlı olduğu üçün… Onunla da danışmışıq, çox getmək istəyirik. Dedi ki, sizi aparacağam. Mən heç Bakıya getməmişəm, çox maraqlı gəlir. Orada nələrsə etmək istəyirik. Bəlkə “Prens”in bir bölümündə ora qonaq ola bilərik. Gözəl ola bilər. Yolumuz düşə bilər.

 

-Üçüncü sezon üçün lansman da edə bilərsiniz.

Müşviq Quluzadə: Niyə də olmasın? Bakıda tamaşaçılarla birgə izləyə bilərik.

 

Giray: Sevə-sevə, çox gözəl olar. Birinci bölümü çatdırmasaq da, finalı orada izləyərik. Hamıdan əvvəl görərlər.

-PR-nız da məndə.

-Əla. İşlər həll olunur. (Gülür)

-İkinci sezonun sonunda Prens ata oldu. Siz də ata olacaqsınız, bəlkə də bu müsahibə yayımlananda da oğlunuz dünyaya gəlmiş olacaü. Necə hiss edirsiniz?

-Qarışıqdır. Hamı deyir ki, yaşamadan görə bilməzsiniz. Arada insan özünü ata olmağa məcbur edir. Uşaq dünyaya gəlmədiyi üçün. Yəqin li, qucağımıza aldıqdan sonra başlayan münasibət olacaq. Hələ ki, bir göbəyin içindədir, deyə, bağımız yoxdur. Yəqin ki, doğulduqdan sonra hamı kimi ağlımızı itirəcəyik.

 

-Müsahibə üçün təşəkkür edirik.

-Mən təşəkkür edirəm. Buradan Azərbaycandakı tamaşaçılarımıza salam göndərirəm. Prens izləməyə davam etsinlər.