Film / Serial
Film / Serial

“İnci taneleri” sezon finalı edir

“İnci taneleri” sezon finalı edir

Türkiyənin “Kanal D” televiziyasında yayımlanan “İnci Taneleri” serialı sezon finalına hazırlaşır.

OLAY yazır ki, ekran işi 17-ci bölümü ilə mövsümün finalını edəcək. Buna görə, layihənin birinci sezonunun son seriyası 30 mayda ekranlara gələcək.

Rəqs səhnələri ilə gündəm olan serialda baş rolları Yılmaz Erdoğan, Hazar Ergüçlü, Selma Ergeç və Kubilay Aka canlandırır.

Qeyd edək ki, layihəyə ən son Sera Kutlubey, Bora Cengiz və Gülenay Kalkan kimi simalar daxil olub.