Film / Serial
Film / Serial

Bir ay “Dilber” rəqsi olmayacaq

Bir ay “Dilber” rəqsi olmayacaq

Cümə axşamı günləri Kanal D ekranlarında yayımlanan “İnci Taneleri” serialının hər yeni bölümündə “Dilber” obrazının rəqsi sosial mediada gündəm olur.

OLAY yazır ki, hər dəfə viral olan rəqslərə 1 aylıq ara veriləcək. Belə ki, Ramazan ayının başlaması ilə bölümlərdə sözgüdən rəqslər olmayacaq. Bu barədə türk mediası məlumat yayıb.

Qeyd edək ki, ekran işində baş rolları Yılmaz Erdoğan, Hazar Ergüçlü, Selma Ergeç və Kubilay Aka canlandırır.