“İnci Taneleri” serialının ikinci fraqmenti sosial mediada gündəm olub.
OLAY yazır ki, sözügedən tanıtımdan sonra “pavyon” (əsasən içki məclislərinin olduğu aşağı səviyyəli kafe) rəqslərinə insanların rəğbəti artıb. Dilber obrazının geyindiyi paltarın satışları artıb.
Tanıtımda mahnını oxuyan Sincanlı Erkal qonorarını artırıb. Belə ki, əvvəl toylara 4 min lirəyə (220 manat) getdiyi halda, hazırda 300 min lirəyə (16 min 800 manat) gedir. Bundan başqa, sənətçi açıqlamasında ““Pavyon” sözü pis başa düşülür, bu belə deyil. “Pavyon”a həkimlər, mühəndislər də gəlir” - deyə, bildirib.
Qeyd edək ki, “İnci Taneleri” serialında Yılmaz Erdoğan, Hazar Ergüçlü, Selma Ergeç və Kubilay Aka kimi aktyorlar yer alır. Ekran işi 25 yanvarda yayıma başlayacaq.