Model Bella Hadid uzun müddət sonra ilk dəfə sosial şəbəkə hesabında paylaşım edib.
OLAY yazır ki, o, bir anda yoxa çıxmasının səbəbini açıqlayıb.
Model buna səbəb "Laym" xəstəliyinin kəskinləşməsi və 100 gün ərzində sistem müalicəsi qəbul etməsinin olduğunu bildirib.
Xatırladaq ki, gənə dişləməsi nəticəsində yaranan "Laym" xəstəliyi diaqnozu Bellaya 2012-ci ildə qoyulub. Kəskinləşmə diş əməliyyatı nəticəsində baş verib. İnfeksiya dişlərdən birinin kök kanalına daxil olub.