Məşhur rejissor Ceyms Kemeron yeni “Terminator” filminin ssenarisini yazmağa başlayıb.
OLAY yazır ki, bu barədə sənətçinin özü açıqlama verib. Kemeronun sözlərinə görə, bu dəfəki kinoda süni intellektin real dünyada gerçəkləşdirdiyi prosesləri göstərəcək. Baş rolda isə Arnold Şvarzeneggerin olub-olmayacağı hələlik bəlli deyil.
Qeyd edək ki, Kemeron “Terminator 2: Qiyamət günü” filmindən bəri “Terminator” filminə rejissorluq etməyib. Buna səbəb “Terminator: Qaranlıq tale” filminə görə 120 milyon dollar itirməsi və film barədə pis rəylər almasıdır.