Aktyor Kamran Ağabalayev yeni layihəsi ilə bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi “Allah olmaq çətindir” adlı ekran işində rol aldığını bildirib:
“Apreldə İranın Keşm adasında başlayan Struqatski qardaşlarının “Allah olmaq çətindir” filminə Yezd, Tehran və Moskva şəhərlərində davam etdik. Bu gün mənim sonuncu çəkiliş günümdür, sabah isə film bitir. Hər zaman yeni bir yolun olacağına inanıram, Allah o qədər yollar açır ki... Nə yalan deyim, karyeramın ən çətin çəkilişləri idi. 7 ay yollarda, 7 ay məşq, xoreoqrafiya, 7 ay pəhriz, dəyərmi? Dəyər! Gələn il bütün platformalarda. Noyabrın 5-dən isə “İvi” platfotmasında “Konstantinopol” başlayır, 8 ay da o filmə görə yollarda qalmışam”.




