Müğənni NURAN Xalq artisti Eldar Mansurovun yaradıcılıq gecəsində səhnə alıb.
OLAY yazır ki, ifaçı tədbirdə Mansurovun bəstələdiyi, Xalq artisti Ağadadaş Ağayevin repertuarından olan “Yalançı” mahnısını səsləndirib.
NURAN-ın çıxışı zamanı Xalq artistiləri Eldar Mansurov, Mübariz Tağıyev və Əməkdar incəsənət xadimi Vaqif Gərayzadənin reaksiyası diqqət çəkib.
İfa zamanı əylənən sənətkarlar müğənninin performansını bəyənib.