Türkiyədə 2021-ci ildə ən çox axtarılan serialların adları açıqlanıb.
OLAY yazır ki, “Google” platformasında axtarışa verilən ekran işləri arasında birinci Koreya istehsalı olan “Squid Game”dir.
İkinci isə yerli film şirkəti tərəfindən çəkilən “Sadakatsiz” serialı olub. Bununla da, Kanal D-də yayımlanan layihə ən çox axtarışa verilən türk serialı olduğu qeyd edilib.
Baş rollarını Cansu Dere və Caner Cindorukun paylaşdığı ekran işi 65 ölkədə yayımlanır. Bununla yanaşı, siyahıda “Yargı” serialı da yer alıb.