Henri Kavil sevənlərinə pis xəbər verib.
OLAY yazır ki, sənətçi “Supermen” rolu ilə qayıtmayacağını açıqlayıb.
İnstaqram hesabında məlumat yayan sənətçi bildirib ki, Ceyms Qunn və Peter Safran ilə görüşlərdən müsbət cavab ala bilməyib və filmdə onun rol almayacağı təsdiqlənib. Bunun üçün kədərli olduğunu dilə gətirən aktyor deyib ki, bu qərara hörmətlə yanaşır.
Qeyd edək ki, Henri bu obraz üçün rol aldığı “The Witcher” serialından da ayrılıb.