"Tesla" və "SpaceX"-in baş direktoru İlon Mask, əvvəllər "Twitter" kimi tanınan sosial media platforması "X"-i ötən il 44 milyard dollara alıb.
OLAY yazır ki, sözügedən dəyişiklikdən sonra, "X"-in dəyəri 1 il ərzində 56 faiz azalaraq 19 milyard dollara düşüb.
İyul ayında Mask, "X"-in "reklam gəlirlərində 50 faiz azalma və ağır borc yükü ilə qarşılaşdığını açıqlayıb.
Bununla belə, İlon Mask platformanın gələcəyi ilə bağlı optimist düşüncədədir. O, "X"-in 250 milyadr dollara qədər dəyər qazanacağını bildirib.