Məşhur model Kendall Cenner və “Bridgerton” serialının ulduzu Simon Eşli “L’Oreal” brendinin yeni reklam kampaniyası üçün Parisdə kamera qarşısına keçiblər.
OLAY yazır ki, gün boyu davam edən çəkilişlərdə hər iki məşhur fərqli konseptlərdə görüntülənib.
Hazırda kampaniyanın detalları açıqlanmasa da, “L’Oreal”in bu yeni layihəsi gözəllik və moda dünyasında böyük maraq doğuracaq.