Məşhur influenserlər Nagehan Abdullayeva və Leyla Muradlı (Leila Land) arasındakı qalmaqal hələ də davam edir.
OLAY yazır ki, Leyla instaqramda izləyicilərdən gələn sualları cavablandırıb.
Bu zaman o, “Hər şeyin ilki söhbəti yormur sizi?” sualına cavab verərkən aralarında çəkişmə olan Nagehana söz atıb:
“İlk elədim söhbəti etmirəm, kimlərsə çox eyni sualı yazanda onda sübutla paylaşıram ki, yəni mən özüməm. Kimsəni “copy” etməmişəm, etmərəmdə! Son söhbətə gələndə isə tək məni deyil, bir çoxunu “copy” edən barəsində söz vurursunuzsa, orada “ilk” söhbəti etmirdim, sadəcə bəzi özlərinə “prim kasmaq” istəyən, İG səviyyəsi aşağı olanların söhbəti “ilk” söhbətinə yozması mənim problemim deyildi. Sadəcə mənim etdiyim şəklin eynisini etməsi məni çox güldürdü, bu ilkdə deyildi və gülərək də əyləncəsinə paylaşmışdım. Yenə də əylandim mən, başqalarını bilmirəm”.
Qarşı tərəfdən isə cavab gecikməyib. N. Abdullayeva instaqram “story” bölməsində “IG - instaqramın qısalmış versiyasıdır, o söz IQ-dü, “aşko”” sözlərini qeyd edərək, qapaq fotolarını da əlavə edib.
Xatırladaq ki, soyuq münasibətdə olan Leyla və Nagehanın arası “İlk mən etdim” davasından sonra daha da korlanıb. Belə ki, Leyla Nagehanın onu təqlid etdiyini iddia edib.